​Gəncədə iki avtomobil toqquşdu - Sürücü öldü

​Gəncədə iki avtomobil toqquşdu
10:45 08.09.2022
217 Hadisə
A- A+

Sentyabrın 7-də saat 23 radələrində Gəncə şəhərinin 28 May küçəsində şəhər sakini M.Əliyevin idarə etdiyi “Opel” və Daşkəsən rayon sakini Bevdalı Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

Nəticədə B.Allahverdiyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. 

Gəncə ŞBPİ-nin 3-cü Polis Şöbəsində araşdırma aparılır.