​Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü - FOTOLAR

​Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü
10:53 08.09.2022
306 Hadisə
A- A+

Azərbaycanlı həkim Türkiyədə  faciəli şəkildə ölüb.

Bu barədə məlumatı onun həkim dostu, tanınmış infeksionist Vasif Əliyev ictimailəşdirib.

Uzman həkim Elnur Rufullayev sentyabrın 6-da işdən sonra yolu keçmək istəyərkən avtomobil vurub. Nəticədə o, dünyasını dəyişib.

"Daim xatirələrdə gülərüz, xoş anlarla yadda qalacaqsan. Allah rəhmət eləsin. Ailəsinə səbr versin", - həkim vurğulayıb.

Məlumat üçün bildirək ki, əslən Lerikin Vistən kəndindən olan həkimin nəşi artıq Azərbaycana gətirilib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.