​Gəncədəki məktəbdən 10-dan çox sinfin köçürülməsinin qarşısı alındı

​Gəncədəki məktəbdən 10-dan çox sinfin köçürülməsinin
11:13 08.09.2022
235 Sosial
A- A+

Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdən edilən şikayət həllini tapıb. 

Bu barədə cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. 

Qeyd edilib ki, Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə cədvəldə dəyişiklik edilərək dərslər 6 günlük müəyyənləşdirilib:

“Buna müvafiq olaraq şagirdlərin köçürülməsinə ehtiyac qalmadı. Şagirdlər yeni tədris ilində öz məktəblərində tədrisə cəlb ediləcəklər”.

Qeyd edək ki, bir neçə gün əvvəl övladı sözügedən məktəbdə təhsil alan valideynlər Oxu.Az-ın redaksiyasına yaşadıqları ünvanın yaxınlığında məktəb olduğu halda, uşaqların başqa təhsil ocağına köçürülməsi barədə şikayət ünvanlamışdılar. Həmin məktəbdən 10-dan çox ibtidai sinfin köçürülməsi planlaşdırılırdı.