8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür.
Bayram 1958-ci ildə, hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam olunmuş çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilib.
Fuçikin "Edamqabağı reportaj" kitabı 70 dilə tərcümə edilib, dünyanın bir çox ölkələrində nəşr olunub.
Həmrəylik günü münasibətilə müxtəlif ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilir.
Xatırladaq ki, Azərbaycan jurnalistləri öz peşə bayramını Prezidentin Fərmanına uyğun olaraq, "Əkinçi" qəzetinin 1875-ci ildə nəşrə başladığı gün – iyulun 22-də qeyd edirlər.