​Lənkəranda 17 yaşlı qız tövlədə intihar etdi

​Lənkəranda 17 yaşlı qız tövlədə
12:43 08.09.2022
290 Hadisə
A- A+

Lənkəranda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ürgə kəndində baş verib.

Kənd sakini 17 yaşlı Ülviyyə Əliyeva (ad və soyad şərtidir - red.) yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

Onun hansı səbəblə intihar etməsi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.