​Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib

​Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər
13:16 08.09.2022
261 Ölkə
A- A+

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.

“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib.