​Qobuda avtomobil vuran gənc qız ağır xəsarət alıb

​Qobuda avtomobil vuran gənc qız ağır
14:45 08.09.2022
254 Hadisə
A- A+

Abşeron rayonunda 27 yaşlı gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Sultanova Reyhan Kazım qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bud çanağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.