​Aparıcının maşını qarət olundu - FOTO

​Aparıcının maşını qarət olundu
13:55 08.09.2022
228 Ölkə
A- A+

Tanınmış aparıcı Ülvira Qarayevanın avtomobili qarət olunub.
 

Bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb. Aparıcı bildirib ki, hadisə Abşeron rayonunda baş verib:
 

"Bu səhər məhəllədə 3 maşının şüşəsini sındırıb qarət ediblər. Mənim avtomobilimdən də bir qab qəpik, bir böyük çanta kosmetika və qulaqcıq aparıblar. Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat vermişik".