​MİQ imtahanlarında iştirak etməyən namizədlərin SAYI

​MİQ imtahanlarında iştirak etməyən namizədlərin
14:52 08.09.2022
245 Sosial
A- A+

MİQ imtahanlarında iştirak etmək üçün 60002 nəfər müraciət edib. 

Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda bildirib.

Direktor qeyd edib ki, 10 minə yaxın namizəd imtahanda iştirak etməyib:

"54 804 nəfər qeydiyyatını təsdiqləyərək, test imtahanı mərhələsinə dəvət olunub. İmtahanlarda 44 300 namizəd iştirak edib. Bu il musiqi, təsviri incəsənət və kimya üzrə vakant yerlərin sayı çox olub".