​Rusiya Baş nazirinin müavini Bakıda səfərdədir

​Rusiya Baş nazirinin müavini
20:45 08.09.2022
238 Dünya
A- A+

Hazırda Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda səfərdədir.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, bu barədə ənənəvi brifinq zamanı bəyan edib. Tədbir qurumun sosial şəbəkə səhifəsindən canlı şəkildə yayımlanıb.

Zaxarovanın sözlərinə görə, Novak “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələləri ilə bağlı Rusiya-Azərbaycan-İran İşçi Qrupun iclasında iştirak etmək üçün ölkəmizə gəlib.