​Cəlilabadda bir ailənin üzvləri qəzaya düşüb - Ölən var

​Cəlilabadda bir ailənin üzvləri qəzaya düşüb
10:15 09.09.2022
251 Hadisə
A- A+

Cəlilabadda "Mercedes" markalı avtomobil "Kamaz" markalı yük avtomobili aparan evakuatora çırpılıb.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində minik avtomobilində olan bir ailənin üzvləri, Masallı rayon sakinləri - 1952-ci il təvəllüdlü Talıbov Məcid Abbasqulu oğlu, 1992-ci il təvəllüdlü Talıbova Vüsalə, 2010-cu il təvəllüdlü Talıbov Məcid Ramiz oğlu və 2008-ci il təvəllüdlü Talıbov Yusif Ramiz oğlu xəsarət alıb, 1954-cü il təvəllüdlü Talıbova Zümrüd Əlibəy qızı isə vəfat edib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.