​Sinqapur təyyarəsi Bakıda təcili eniş etdi

​Sinqapur təyyarəsi Bakıda təcili
10:35 09.09.2022
255 Ölkə
A- A+

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, "Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib. Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.