​Gürcüstandan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb

​Gürcüstandan Türkiyəyə qanunsuz yolla keçməyə çalışan Azərbaycan
11:30 09.09.2022
232 Hadisə
A- A+

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə çalışan 4 nəfərdən ibarət qrupu saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Sərhəd Polisi yayıb.

Bildirilib ki, saxlanılanlardan ikisi Türkiyə vətəndaşı – 1994-cü il təvəllüdlü S.A. və 1973-cü il təvəllüdlü İ.Z, biri ağır cinayət törətməsi səbəbilə axtarışda olan 2000-ci il təvəllüdlü Gürcüstan vətəndaşı S.A, biri isə 1983-cü il təvəllüdlü Azərbaycan vətəndaşı G.A-dır.

Təhqiqat nəticəsində saxlanılan şəxslərin Gürcüstandan Türkiyəyə sərhəd-buraxılış məntəqəsindən yan keçməklə, qanunsuz şəkildə daxil olmağa çalışdığı müəyyən edilib.

Faktla əlaqədar cinayət işi açılıb, iş üzrə 5 il həbs cəzası nəzərdə tutulur.