​Valideynlərin dərsləri izləməsi üçün proqram HAZIRLANIR

​Valideynlərin dərsləri izləməsi üçün proqram
12:09 09.09.2022
270 Sosial
A- A+

Valideynlər tələbələrin dərslərə davamiyyətini və göstəricilərini izləyə biləcəklər. 

Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 

O bildirib ki, bu məsələ üçün xüsusi proqram hazırlanır.

A.Paşayev qeyd edib ki, qiyabi təhsil alan tələbələrə təhsil kreditlərinin verilməsi nəzərdə tutulmayıb: "Qiyabi təhsil alan tələbələrə təhsil kreditlərinin verilməsi nəzərdə tutulmayıb. Amma gələcəkdə bu məsələyə yenidən baxıla bilər".