Bu ildən magistratura səviyyəsi üzrə təhsil alanlara da təhsil tələbə krediti almaları üçün şərait yaradılıb.
Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Fond rəhbəri bildirib ki, bu günə kimi artıq 1000 nəfər kreditdən faydalanıb: “Bu il təhsil müəssisələrinə qəbul olan tələbələrin sentyabrın 12-nə qədər Fonda müraciət etmək imkanları var".