​İrəvanla münasibətlərin normallaşmasında maraqlıyıq - Şahin Mustafayev

​İrəvanla münasibətlərin normallaşmasında maraqlıyıq
12:28 09.09.2022
230 Ölkə
A- A+

"Azərbaycan bir neçə dəfə sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu açıq şəkildə bəyan edib".

Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır:

"Bölgədəki vəziyyətin normallaşdırılması üçün sülhdən başqa heç bir alternativ yoxdur. Ona görə də ilk növbədə iki dövlət bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanımalıdır", - Ş.Mustafayev qeyd edib.