​Müdafiə Nazirliyində müşavirə: Nazir Orduya hazır olma ƏMRİ VERDİ

​Müdafiə Nazirliyində müşavirə: Nazir Orduya hazır olma
10:30 10.09.2022
319 Siyasət
A- A+

Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib.

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.