​NATO Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini təqdir edib

​NATO Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini
14:30 10.09.2022
265 Siyasət
A- A+

NATO Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir.

Sulh.info.az xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

Kolomina Azərbaycan tərəfindən 5 erməni hərbçisinin heç bir vasitəçi olmadan qarşı tərəfə təhvil verilməsini yaxşı xəbər adlandırıb.

“NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - Stoltenberqin xüsusi nümayəndəsi qeyd edib.