Papua-Yeni Qvineyada 7,7 bal gücündə zəlzələ qeydə alınıb.
Sulh.info.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri paytaxt Port-Morsbi şəhərindən 348 km şimalda, 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Lakin ABŞ-ın meteorologiya xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.