Fransa prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Sulh.info.az bildirir ki, bu barədə Ukrayna prezidenti Tvitterdə yazıb.
“Mən Fransa prezidentini hərbi əməliyyatların gedişatı barədə məlumatlandırdım. Rusiya vətəndaşlarına viza verilməsi məsələsinə də toxunduq. Zaporojye AES-dəki vəziyyətin müzakirəsinə böyük vaxt ayırdıq. Mövqeyimiz bundan ibarətdir ki, Avropanı nüvə təhlükəsindən qorumağın yeganə yolu AES-in demilitarizasiyasıdır” – deyə Zelenski qeyd edib.