​ABŞ-da meşə yanğınlarının sahəsi genişlənir

​ABŞ-da meşə yanğınlarının
09:45 12.09.2022
195 Dünya
A- A+

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının sahəsi 17 000 hektarı keçib.

Sulh.info.az bildirir ki, artıq minlərlə sakin təxliyə olunub.

Yanğınlar 6 minədək tikili üçün təhlükə yaradıb. Alovla mübarizəyə çox sayda texnika və 1700 nəfər canlı qüvvə cəlb olunub. Quraqlıq, isti və küləkli hava yanğının söndürülməsini çətinləşdirir. Sutka ərzində yanğınların cəmi 10%-ni nəzarət altına almaq mümkün olub. Bəzi ərazilərdə havanın temperaturu 45 dərəcə Selsiyə çatır.