Tədris ilinin başlanmasına bir neçə gün qalmasına baxmayaraq, bir çox valideyn hələ də övladı üçün məktəb forması ala bilməyib.
Sulh.info.az-ın müxbiri "Bakı Tikiş Evi"nin Nəsimi rayonunda yerləşən satış məntəqəsində olub və görüntülərdən də göründüyü kimi, hazırda böyük sıxlıq yaşanır.
Səhər saat 8-dən növbə tutmaq üçün gəldiyini deyən valideynlər isə bizə bildirdilər ki, bir neçə gündür satış məntəqəsinə gəlsələr də, bəziləri köynək, bəziləri şalvar tapa bilməyiblər, hətta ümumiyyətlə forma ala bilməyənlər də mövcuddur.
Qeyd edək ki, bir neçə gün öncə "Bakı Tikiş Evi"nin nümayəndəsi ilə əlaqə saxladıq və o bildirdi ki, problemin səbəbi məktəblərin sifarişləri gec verməsi olub.