​63 yaşlı kişi damdan yıxılıb öldü

​63 yaşlı kişi damdan yıxılıb
11:05 12.09.2022
242 Hadisə
A- A+

Fatmayıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəsəbədə Vətən Həsənova məxsus evin damında təmir işləri görən 1959-cu il təvəllüdlü Elşad Məmmədov hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.