​Ötən sutka 9 nəfər xilas edilib

​Ötən sutka 9 nəfər
11:23 12.09.2022
230 Hadisə
A- A+

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Həmçinin, yanğınsöndürən-xilasedicilər tərəfindən Şəki şəhərinin Baş Zəyzid kəndində cərəyan vurması nəticəsində ölən 1 nəfərin meyiti elektrik dirəyindən düşürülərək aidiyyəti üzrə təhvil verilib.