​Şamaxıda arıçılarla görüş KEÇİRİLƏCƏK

​Şamaxıda arıçılarla görüş
15:00 12.09.2022
234 Ölkə
A- A+

Sentyabrın 15-də, saat 11:00-da Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Arıçılıq və bal istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi" məqsədilə görüş keçiriləcək.

Bu barədə  KOBİA-dan bildirilib.

Məlumata görə, görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin, KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi yanında ABAD publik hüquqi şəxsinin, "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların müraciətləri dinləniləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

Görüşdə iştirak etmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər (telefon: (055 200 03 92, e-poçt: [email protected]).