​Bakıda “Prius” yol kənarında dayanan “Pajero”ya çırpıldı - VİDEO

​Bakıda “Prius” yol kənarında dayanan “Pajero”ya
16:00 12.09.2022
236 Ölkə
A- A+

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil müvazinətini itirərək, yolun kənarında dayanan “Mitsubishi Pajero” markalı maşına çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.