​Sabah Sumqayıtda qaz kəsiləcək

​Sabah Sumqayıtda qaz
17:07 12.09.2022
239 Sosial
A- A+

13 sentyabr 2022-ci il saat 09:30-dan etibarən “Şəhər qazı-4 (Sumqayıt)” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində təmir işləri aparılacaq.

Bu barədə "Azəriqaz" İB-dən  verilən məlumatda bildirilib.

Qeyd edilib ki, işlər başa çatanadək qeyd olunan ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.