​Rusiya deputatları Putinin istefasını tələb etdi

​Rusiya deputatları Putinin istefasını
19:45 12.09.2022
231 Dünya
A- A+

Rusiyada bələdiyyə deputatlarının ölkə Prezidenti Vladimir Putinin qəbuledilməz hərəkətlərini bəyan edən yeni müraciəti ortaya çıxıb.

SÜLH.İNFO.az xəbər verir ki, müraciəti Sankt-Peterburq deputatı Kseniya Torstrem Tvitter hesabında yayıb.

Moskva, Sankt-Peterburq və Kolpino şəhərlərinin 18 rayonundan olan bələdiyyə deputatları Rusiya Prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanatla çıxış ediblər.

Torstrem digər bələdiyyə deputatlarını da bu bəyanata qoşulmağa çağırıb:

"Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti vəzifəsindən istefasını tələb edirik!”