​Milli Məclis bu sazişləri ratifikasiya edəcək

​Milli Məclis bu sazişləri
20:00 12.09.2022
236 Ölkə
A- A+

Milli Məclis bir neçə sazişi ratifikasiya edəcək.

SÜLH.İNFO.az xəbər verir ki, həmin sənədlər aşağıdakı kimidir:

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi;

- “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi.