​Azərbaycan nefti cüzi BAHALAŞDI

​Azərbaycan nefti cüzi
10:36 13.09.2022
A- A+

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,5 ABŞ dolları, yaxud 2,6 % artaraq 97,6 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.