​Çavuşoğludan Ermənistana XƏBƏRDARLIQ

​Çavuşoğludan Ermənistana
10:47 13.09.2022
227 Siyasət
A- A+

“Ermənistan dərhal təxribata son qoymalıdır".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik. Onlar Azərbaycanla əldə etdikləri razılaşmaya əməl etməlidir, sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - XİN başçısı vurğulayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.