​Papikyan və Şoyqu sərhəddə vəziyyəti müzakirə edib

​Papikyan və Şoyqu sərhəddə vəziyyəti
10:53 13.09.2022
223 Siyasət
A- A+

Ermənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı Sergey Şoyquya zəng edib.  

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.  


Tərəflər Ermənistan-Azərbaycan sərhəddəki vəziyyəti müzakirə edib. 


Rusiya müdafiə naziri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılacağını bildirib. 


Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.