​Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

​Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında
10:54 13.09.2022
274 Siyasət
A- A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin XİN başçısı tviter hesabında məlumat paylaşıb.

Nazirlər Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Çavuşoğlu Ermənistanı təxribatlardan çəkinməyə çağırıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.