​"Azərbaycan Ermənistandakı istənilən obyekti vurmağa qadirdir" - Politoloqdan AÇIQLAMA

​
11:07 13.09.2022
415 Siyasət
A- A+

“Ermənistan baş naziri Nikol Paşinyanın kimə telefon zəng etməsindən asılı olmayaraq əlbəttə ki, o ciddi uğursuzluğa düçar oldu. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na müraciət edən Paşinyan artıq anlamalıdır ki, 2022-ci ilin fevral ayında Azərbaycan və Rusiya arasında strateji müttəfiqliyə əsaslanan imzalanan sənədə əsasən, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, sərhəd toxunulmazlığına hörmətlə yanaşmalıdır və üçüncü dövlətlə birlikdə hər hansı bir hərbi əməliyyatlarda Azərbaycan ordusuna qarşı döyüşə bilməz”.

Sulh.info.az xəbər verir ki, bu sözləri ötən gecə sərhəddə baş verən hadisələri saytımıza şərh edən Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirib. O, həmçinin qeyd edib:

“Əgər biz 2022-ci ilin fevral ayına qədər Ermənistan tərəfindən bu kimi mülkü müraciətlərdə Rusiyanın öhdəliyinin nədən ibarət olduğunu açıq aşkar bilirdiksə, bu gün Rusiyanın Ermənistan qarşısında öhdəliyi olduğu kimi, Azərbaycn qarşısında da öhdəliyi olduğu üçün Rusiya Ermənistana kömək etməyəcəkdi. İkinci məsələ odur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı türk dövlətlər də bu və ya digər məsələlərdə Ermənistana kömək etmək fikrində deyillər. Üçüncü məsələ, Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq, öz təhlükəsizliyini qoruması və özünü müdafiə etməsi ilə məşğuldur, lazım gələrsə biz Ermənistandan gələn təhdidlərin qarşısını almaq üçün real addımlar ata bilərik. Ermənistan ordusunun təxribatları bu kimi addımlar atmağa bizə imkan verir”.

Politoloq həmçinin əlavə edib ki, Ermənistanın addığı bu addımlar onların Azərbaycan qarşısında növbəti məğlubiyyəti ilə nəticələnəcək:

“Biz Paşinyanın Rusiya, Fransa və ABŞ-a zənglər etdiyinin şahidi olduq. Yenə də onun qapılar önündə dayanaraq qəbula düşmək istəməsinin şahidi olduq. Təəssüflər olsun ki, ABŞ dövlət departamentinin rəhbəri Blinken qeyri-adi, yuxulu bir bəyanat verdi, bu qəbuledilməzdir. Amma özü özlüyündə kimin bəyanat verməsindən asılı olmayaraq yaxın saatlar ərzində Azərbaycan qarşısında diz çökməlidir və bu diz çökmə Səmərqənddə və ya başqa şəhərlərdə yaxın vaxtlarda konkret qərarların verilməsi ilə nəticələnə bilər. Azərbaycan Ordusu Ermənistan daxilində istənilən hərbi obyekti vurmağa qadirdir. Ermənistan bunu unutmasın və öz dövlətçiliyini zərbə altında qoymasın. Baş verənlər onu göstərir ki, Ermənistan dövləti bir virusdur və bu virusun tamamilə aradan qaldırılması məsələsi gündəmə gətirilə bilər. Yaxşı olardı ki, Paşinyan tərəfindən öhdəliklər təcili şəkildə yerinə yetirilsin”.

Fidan Ali / Sulh.info.az