​Bakıya 4 yeni qatar gətiriləcək

​Bakıya 4 yeni qatar
11:23 13.09.2022
243 Sosial
A- A+

"Hazırda "Bakı Metropoliteni"nin vaqon parkının 30%-dən çoxu yeni vaqonlardır. Yeni vaqonların alınması ilə bağlı Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə əməkdaşlığımız növbəti illərdə də davam edəcək".

Bunu "Bakı Metropoliteni"nin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

F.Əhmədov deyib ki, qarşıdakı illərdə digər istehsalçılarla əməkdaşlıq etmək nəzərdə tutulmur:

"Onlar bizə texniki xidmət və ehtiyat hissələri ilə bağlı da dəstək verir. Hazırda yeni qatarlarımızın sayı 19-dur, 4 yeni qatarın gətirilməsi ilə 23-ə çatırılacaq. Bundan başqa, bu il 10 köhnə vaqon sökülüb, aidiyyatı üzrə qara və əlvan metalları təhvil verilib. Bu proses növbəti illərdə də davam etdiriləcək".

Qurum rəsmisinin sözlərinə görə, bu ay Bakıya 10, gələn ay isə daha 10 vaqon gətiriləcək:

"Yeni vaqonlar daha geniş, işıqlı və hermetikdir. Qatarlar Bakıya gətirildikdən sonra sınaqdan keçiriləcək və istismara veriləcək".