Ermənilər Xankəndini Ermənistanla birləşdirən yeni yoldakı vəziyyətlə bağlı məlumat yayıblar.
Məlumata görə, ötən gecə Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən hadisələrə baxmayaraq, Xankəndi-Gorus yolunda vəziyyətin sabit olduğu bildirilib.
Bununla belə, qeyd edilib ki, Xankəndi-Gorus yolunun müxtəlif hissələrinin hərbi əməliyyatların keçirildiyi yerlərə yaxın olmağı nəqliyyatın hərəkəti üçün təhlükəli ola bilər.
Xəbərdə ermənilərdən bir müddət yolla hərəkətdən çəkinməyə çağırış edilib.