​Paşinyan Şarl Mişelə ŞİKAYƏT ETDİ

​Paşinyan Şarl Mişelə
11:51 13.09.2022
247 Siyasət
A- A+

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası İttifaqının prezidenti Şarl Mişellə telefonda Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan Şarl Mişelə Azərbaycandan şikayətlənib və ötən gecə sərhəddə baş verənlərə görə rəsmi Bakını ittiham edib.

Avropa Şurasının rəhbəri regionda sülh və sabitliyə alternativin olmadığını qeyd edib və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu bildirib.