“Əslində Ermənistan və Azərbaycan sülh prosesinə çox yaxın idi. Artıq bununla bağlı bir neçə görüş keçirilmişdi və hər biri uğurlu olmuşdu. Hətta Ermənistan rəhbəri Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatının olmadığını bildirmişdi”.
Sulh.info.az xəbər verir ki, bu sözləri Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı saytımıza danışan politoloq Turab Rzayev bildirib. Politoloq bildirib ki:
“İlin sonuna qədər Paşinyanın sülh imzalaması ilə bağlı məlumatlar verilirdi. Birdən-birə münasibətlərin dəyişməsi bizdə suallar doğurur. Bu zaman iki fərqli istiqamət əsas götürülməlidir. Nəzərə alsaq ki, bu hadisələr Paşinyanın bir sıra xarici səfərlərdən qayıtdıqdan sonra baş verib və ən son səfəri də məhz Rusiyaya olub. Belə ki, Paşinyan orada bu münaqişənin taleyində Rusiyanın həlledici əhəmiyyət daşıyacağını bildirmişdi".
"Rusiya heç bir halda Qarabağ münaqişəsinin həll olunmasının tərəfdarı deyil. Çünki belə olduğu təqdirdə Rusiya həm Azərbaycan, həm də Ermənistan üzərində nəzarətini itirəcək. Rusiya Ermənistanı artıq itirməyə başlamışdı. Çünki ermənistanlılar Rusiya bazasının ərazilərindən çıxarılmasını istəyirdilər və erməni cəmiyyəti Rusiyadan çox narazı idi. Bu proseslər onu göstərdi ki, ola bilər ki, burada ya Paşinyan buna məcbur edə bilər, fakt qarşısında qoya bilər, ya da Ermənistan daxilindəki Rusiya ilə bağlı şəxslər güclənər və təxribata əl ataraq iki ölkəni qarşı-qarşıya qoymağa çalışırlar”.
Politoloq eyni zamanda qeyd edib ki, münaqişələr zamanı Paşinyanın ilk olaraq məhz Putinə zəng etməsi, yardım istəməsi bu məsələnin Rusiya ilə kordinasiyalı şəkildə həll olunacağını da göstərir:
“Digər bir məsələ isə ondan ibarətdir ki, məhz 102-ci bazada təcili həyəcan təbilinin verilməsi bu məsələdə Rusiyanın qazanclı çıxacağını göstərir. İkinci variant kimi isə, Paşinyan özü də bu münaqişəni alovlandırmaqda maraqlı ola bilər ki, həm Zəngəzur dəhlizindən imtina etsin, həm Azərbaycanla sülh prosesinin alınmaycağına işarə etsin. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərini gündəmə gətirməklə Fransadan, ABŞ-dan dəstək alsın”.
Fidan Ali / Sulh.info.az