​Avropa Şurasından sərhəddə baş verənlərə REAKSİYA

​Avropa Şurasından sərhəddə baş verənlərə
13:32 13.09.2022
237 Siyasət
A- A+

Azərbaycan-Ermənistan sərhədində hərbi eskalasiya barədə məlumatlar böyük həyəcan doğurur.

Bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçin bəyanatında deyilir.

"Hər iki ölkənin liderləri arasında bir müddət əvvəl baş vermiş birbaşa təmaslar ümidverici idi və davam etdirilməlidir. Avropa Şurası dinc tənzimləmənin nail olunmasına yol açacaq bütün səylərə kömək göstərməyə hazırdır", - bəyanatda deyilir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.