Polşanın ATƏT-dəki sədrliyi Ermənistan və Azərbaycanı deeskalasiyaya çağırıb.
Bu barədə Varşavanın təşkilatdakı rəsmi nümayəndəliyinin səhifəsində deyilir.
Bəyanatda Ermənistan və Azərbaycan sərhədində hərbi əməliyyatların kəskinləşməsinin dərhal dayandırılmasının vacibliyi qeyd edilir.
Mətndə deyilir: “Diplomatik yolda əldə olunan uğurlar əldən buraxılmamalıdır”.
Qeyd edilir ki, ATƏT münqaişənin davamlı həllinə nail olmaq üçün kömək etməyə hazırdır.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.