​"Xüsusi təyinatlılarımız Ukrayna üçün sürpriz hazırlayıb" - Ramzan Kadırov

​
15:32 13.09.2022
284 Siyasət
A- A+

Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Axmat” adlı xüsusi təyinatlı əsgərlərinin yaxın zamanda Ukrayna üçün sürpriz hazırladığını və bunu tətbiq edəcəyini bildirib.

Sülh.info.az xəbər verir ki, bu barədə Ramzan Kadırov "Teleqram" hesabında məlumat yayıb:

“Əsgərlərimiz Ukraynalı quldur dəstələrinə qarşı maraqlı bir sürpriz hazırlayıb. Hələlik kartları açmayacağam”.

Eyni zamanda bildirib ki, Çeçenlərin cəsarəti, igidliyi, qəhrəmanlığı və müttəfiq qüvvələr ilə edilən gərgin iş birlikləri sayəsində xüsusi hərbi dəstələr uğurla irəliləyir.