Bəzi sosial şəbəkə səhifələrində və saytlarda təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bununla əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər - Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.