​Avropa Parlamentində ŞOK TƏKLİF: Azərbaycana sanksiya tətbiq edilsin

​Avropa Parlamentində ŞOK TƏKLİF:
16:26 13.09.2022
401 Siyasət
A- A+

Avropa Parlamenti Azərbaycana qarşı effektiv sanksiyalar paketinin qəbulunu təklif edib.

Fransalı deputat Fransua-Ksavye Bellami bu haqda məlumat verib. O, baş verən son təxribatlarda Azərbaycanı təcavüzkar tərəf olaraq təqdim edib. Deputat riyakarcasına rəsmi Bakının beynəlxalq hüququ pozduğunu iddia edərək Türkiyəni də bu məsələdə günahkar bilib:

"Avropa, nəhayət, Əliyev rejiminə legitim yanaşmağı, ondan qaz almağı dayandırmalıdır. Biz öz qitəmizin təhlükəsizliyini təmin etmək üçün tez bir zamanda Azərbaycana qarşı effektiv sanksiyalar paketi hazırlamalıyıq. Əks halda, bu yeni müharibə Cənubi Qafqazda sülhü təhdid edəcək",-Bellami əlavə edib.