“Təbii qaz, neft, kömür verməyəcəyik. Qərb donacaq”
Sülh.info.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin qeyd edib.
O, Şərq İqtisadi forumundakı çıxışı zamanı bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları “axmaq həmlə” olub. Putin eyni zamanda bildirib ki, sanksiyalar Qərbin güman etdiyi kimi Rusiyanın iqtisadiyyatını çökdürə bilməyib.
Qeyd edək ki, “Qazprom” Qərb ölkələrinə təbii qazın tədarükünü dayandırdığını açıqlayıb. Avropa Birliyi böhranı aradan qaldırmaq üçün 225 milyard avro dəyərində kredit ayıra biləcəyini açıqlayıb.
Mənbə: REUTERS