​ABŞ-ın Qafqaz üzrə baş müşaviri sərhəddəki vəziyyətiə əlaqədar Azərbaycana gəlib

​ABŞ-ın Qafqaz üzrə baş müşaviri sərhəddəki vəziyyətiə əlaqədar
18:45 13.09.2022
232 Siyasət
A- A+

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş müşaviri Filip Riker Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün Bakıya gəlib.

SÜLH.İNFO.az xəbər verir ki, bu  barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat verilib.

Müşavirin sentyabrın 13-dən 14-dək Azərbaycanda qalacağı dəqiqləşib.

“Səfir Riker ABŞ-ın Azərbaycan və Ermənistanın davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini müzakirə edəcək”, - diplomatik missiyanın bəyanatında deyilir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan Xarici İşlər Nazirliyinin katibi Vahan Hunanyan da bildirib ki, sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar sentyabrın 13-də ATƏT Daimi Şurasının iclası keçiriləcək .