​BVF Ukraynaya əlavə 1,4 milyard ayırır

​BVF Ukraynaya əlavə
21:00 13.09.2022
242 Dünya
A- A+

Ukrayna təcili maliyyələşdirmə proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) əlavə 1,4 milyard dollar alacaq.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində məlumat verib.

" BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva ilə telefon danışığı apardım. Ayrılan 1,4 milyard dollar əlavə dəstəyə görə təşəkkür etdim", - Zelenski yazıb.