​Şəhid zabitin nəşi Qazax rayonunun Kəmərli kəndinə aparılıb

​Şəhid zabitin nəşi Qazax rayonunun Kəmərli kəndinə aparılıb
08:37 14.09.2022
221 Ölkə
A- A+

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan XTQ zabiti Yunis Qasım oğlu Kazımovun nəşi Qazax rayon Kəmərli kəndinə aparılıb.

Sulh.info.az bildirir ki, 1993-cü il təvəllüdlü Y.Kazımovun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.