​Şəhid Xəyal Süleymanovun nəşi ailəsinə təhvil verilib

​Şəhid Xəyal Süleymanovun nəşi ailəsinə təhvil verilib
08:40 14.09.2022
216 Ölkə
A- A+

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Xəyal Elxan oğlu Süleymanovun nəşi ailəsinə təhvil verilib.

Sulh.info.az bildirir ki, Şəmkir rayon Şeyidlər kənd sakini, 1996-cı il təvəllüdlü X.Süleymanovun nəşi doğulduğu kəndə aparılıb.

Qeyd edək ki, X.Süleymanov müddətdən artıq həqiqi hərbi xidmətdə olub.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.