​Ermənistanın itkiləri ilə bağlı son rəqəm AÇIQLANDI

​Ermənistanın itkiləri ilə bağlı son rəqəm
09:47 14.09.2022
352 Siyasət
A- A+

Azərbaycan-Ermənistan sərhəddində törədilən erməni təxribatı nəticəsində ölən erməni əsgərlərinin sayı ilə bağlı məlumatlar yenilənib.

Sülh.info.az xəbər verir ki, bu barədə "Qovorit Yerevan" erməni kanalı məlumat verib.

"Müxtəlif mənbələrdən məlumatlar alırıq. Qeyri-rəsmi mənbələrin məlumatına inansaq, Ermənistanın itkisi 400 nəfərə çatır. Rəsmi açıqlamanı gözləyək", - məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün səhər parlamentdə çıxışı zamanı 49 erməni əsgərin öldüyünü, ancaq bu rəqəmin son olmadığını bildirmişdi. İndiyə qədər Ermənistan MN itkilərinin son sayını açıqlamayıb.