Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti həll etməyin yeganə yolu danışıqlardır.
Bunu Tacikistanın Baş naziri Koxir Rasulzoda bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan sərhədində məsələni diplomatik yolla həll etmək lazımdır:
“Azərbaycanla Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq. İndi vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq, problemi mümkün qədər tez siyasi və diplomatik kanalla həll etmək lazımdır”.